Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polis mayoru cəzalandırıldı - SƏBƏB

Tarix: 31-08-2019 19:42     Baxış: 3236 A- / A+
Azərbaycanda polis mayoru cəzalandırıldı - SƏBƏB

Tovuz rayon Qovlar şəhər sakini Vaqif Əhmədovun Tovuz rayon Polis Şöbəsinin Qovlar şəhər Polis Bölməsinin əməkdaşı, polis mayoru Paşa Rzayevin onu təhqir etməsi ilə bağlı bəzi informasiya saytlarında dərc olunan xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan apa -nın yerli bürosuna münasibət bildirilib.

Qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımovun sözlərinə görə, Tovuz rayonu, Qovlar şəhər sakini Vaqif Əhmədov avqustun 23-də DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz rayon Polis Şöbəsinə müraciət edərək şöbənin Qovlar şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib. Müraciət ilə əlaqədar rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.
“Bundan başqa Vaqif Əhmədov Tovuz rayon Polis Şöbəsinə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, - E. Qasımov qeyd edib.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar