Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının bu ərazisi suyun altında qaldı - Şəkil

Tarix: 25-08-2019 12:36     Baxış: 3204 A- / A+
Bakının bu ərazisi suyun altında qaldı - Şəkil

Yasamal rayonu 2-ci Alatava yaşayış massivini su basıb.[left][/left]

Manevr.az xəbər verir ki, hadisə sözügedən ərazidə yerləşən su anbarının daşması nəticəsində yaşanıb. Belə ki, axşam saatlarında su anbarına həddən artıq dolan su daşıb və bir neçə məhəllə suyun altında qalıb.

Məhəllələrin aşağı hissəsində yerləşən onlarla ev su ilə dolub. Su anbarının həyətyanı ərazisini küçə ilə ayıran istinad divarları su axınının sürətindən zədə görüb. Divarın bəzi hissələri ovularaq tökülüb.

İlkin məlumata görə, böyük borulardan anbara gələn suyu bağlamaq unudulub və nəticədə belə bir hadisə baş verib.

***

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hadisənin gecə saat 00:30-da baş verdiyini deyib:

"Bizim Alatavada üç su anbarımız var. Hər birinin tutumu 10 min kubmetrdir, yəni ümumi 30 min kubmetr tutumu var. Ötən gecə su qəbulu zamanı xəttdə texniki nasazlıq yaranıb və 10-15 dəqiqə ərzində su ərazidəki bəzi evlərin birinci mərtəbələrini basıb. Dərhal əməkdaşlarımız və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olub, qısa müddətdə texniki nasazlıq aradan qalxıb".axar.az

Manevr.az
Bakının bu ərazisi suyun altında qaldı - Şəkil

Bakının bu ərazisi suyun altında qaldı - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar