Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı gənc fəal “Yaşıl bilet” qazandı

Tarix: 22-08-2019 16:12     Baxış: 3138 A- / A+
Azərbaycanlı gənc fəal “Yaşıl bilet” qazandı

BMT dünyanın müxtəlif ölkələrindən seçilmiş 100 gənc fəalın bu il sentyabrın 21-də Nyu Yorkda keçiriləcək İqlim üzrə BMT-nin Gənclər Sammitində iştirakı üçün dəstək verəcəyini bəyan edib.

Manevr.az xəbər verir ki, Azərbaycandan olan gənc fəal Nicat Eldarov 100 “Yaşıl bilet” qazananlar sırasındadır.

100 “Yaşıl bilet”in qalibləri BMT-nin ilk dəfə keçirəcək İqlim üzrə Gənclər Sammitində iştirak üçün seçilmiş iqlim sahəsində 500-dən çox gənc liderin sırasına qoşulacaqlar. Bu zirvə görüşü iqlim dəyişikliyinə qarşı mübarizə aparan gənc liderlərə öz həll yollarını qlobal səhnədə nümayiş etdirmək, eləcə də bu aktual və vacib problemlə bağlı qərar qəbul edənlərlə birbaşa əlaqə yaratmaq üçün bir platforma olacaq. Gənc liderlər İqlim üzrə Gənclər Sammitində aparılan müzakirələrin nəticələrini sentyabrın 23-də keçiriləcək İqlim üzrə Fəaliyyət Sammitində təqdim edəcəklər.

Qeyd edək ki, dünyanın bütün regionlarını təmsil edən 100 “Yaşıl bilet”in qalibləri 7 mindən çox namizədin arasından iqlim böhranının həlli və inkişaf yolları sahəsindəki fəaliyyətlərinə görə seçilib. Qaliblər İqlim üzrə Gənclər Sammitində iştirak məqsədilə Nyu Yorka ekolojicəhətdən ən az zərərli marşrutla səyahət edəcəklər.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar