Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyada azərbaycanlılarla kütləvi dava - Yaralananlar var

Tarix: 21-08-2019 19:32     Baxış: 4145 A- / A+
Almaniyada azərbaycanlılarla kütləvi dava - Yaralananlar var

Almaniyanın Deggendorf şəhərində azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasında qarşıdurma baş verib.

Hadisə ötən gün təxminən saat 17:00 radələrində baş verib.

Manevr.az xəbər verir ki, Almaniyada yaşayan Əlövsət Əliyevin verdiyi məlumata görə, dünən 15-16 yaşlı bir azərbaycanlı xanım Nigeriya və Seneqaldan olan şəxslər yaşadığı binanın ətrafında olanda sərxoş nigeriyalılar ona hücum ediblər.
Hücuma məruz qalan xanım yaranan münaqişədən qaça bilib.

Bir müddət sonra isə azərbaycanlılar qarşı tərəfin yaşadığı binaya daxil olub, məsələnin səbəbini araşdırmaq istəyiblər.Bu zaman qarşıdurma baş verib. Qarşıdurmada hər iki tərəfdən xeyli sayda yaralanan olub. Müəyyən vaxt keçdikdən sonra isə nigeriyalılar və seneqallılar azərbaycanlılar yaşadığı kampa hücum çəkiblər. Daş, dəmir parçaları atıblar. Bütün pəncərələri vurub, sındırıblar. Əraziyə yüzə yaxın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. Hər iki tərəfdən də bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib. Xəsarət alan azərbaycanlılar bu gün xəstəxanadan buraxılıblar. Lakin polis bölməsinə aparılanların bəziləri hələ ki, buraxılmayıb.

İnsident nəticəsində tərəflər arasında ağır xəsarət alan və ya ölən yoxdur.

Hazırda həmin kamp polis nəzarətindədir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar