Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər

Tarix: 16-08-2019 09:16     Baxış: 3181 A- / A+
Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər

Azərbaycandan olan mühacir qadın Almaniyada qaçqınlar üçün sığınacaqda ölümcül döyülüb.

Manevr.az xəbər verir ki, ağır xəsarətlər alan Seviniya K. adlı 41 yaşlı qadın Lambshaym dairəsində, Frankentalsk şəhər xəstəxanasındadır. Onun sol ayağı sınıb və bədənində çoxsaylı xəsarətlər var. Qadın Lambshaymda qaçqınlar üçün sığınacaqda bu xəsarətləri alıb.

Məlumata görə Seviniya K. Almaniyaya Azərbaycandan üç il əvvəl gedib. Peşəcə farmasevtdir, alman dilini tez öyrənib və tibb bacısı kusunu keçib. 12 gün əvvəl sığınacaqda qadınla qonşuları arasında mübahisə yaranıb.
Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər

“Söhbət adi stuldan gedirdi, mən onu həyətdən götürüb qonşunun pəncərəsinin qabağına qoymuşdum. Qəfildən qonşunun iki oğlu mənə hücum etdi. Onlar məni əlləri və ayaqları ilə vurmağa başladılar”,-qadın deyir.
Qadın üçün baş verənləri unutmaq asan olmayacaq, çünki gələn həftə o xəstəxanadan buraxılacaq və yenidən sığınacaqda, onu döyən adamlarla qonşuluqda yaşamalı olacaq.
Azərbaycanlı qadını qaçqın sığınacağında ölümcül döydülər

Şəhər meri Maxael Rayt deyir ki, onlar durmadan yeni həll yolu axtarırlar, qadına yeni mənzil tapmağa çalışırlar. “Əgər biz yeni mənzil tapa bilməsək o yenidən həmin sığınacağa qayıtmağa məcbur olacaq”,-mer deyib.

Qadına hücum edən 17 və 19 yaşlı şəxslər barəsində cinayət işi qaldırılıb, amma həbs olunmayıblar. Həmin şəxslərin hansı ölkədən olduqları göstərilmir.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar