Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

14 ermənini evində gizlədən xalq artistimiz - Faktlar

Tarix: 15-08-2019 15:54     Baxış: 3487 A- / A+
14 ermənini evində gizlədən xalq artistimiz - Faktlar

Bu gün Xalq artisti, sevimli aktrisa Afaq Bəşirqızının 64 yaşı tamam olur.

Manevr.az xalq artisti ilə bağlı 10 maraqlı faktı təqdim edir:

1.Afaq Bəşirqızı Azərbaycanın böyük aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

2. A.Bəşirqızının sənətə gəlməyi tam təsadüfi olub. O, şərqşünas olmaq istəsə də, Bəşir Səfəroğlunun ölümündən sonra onun sənətini davam etdirmək üçün sənətə gəlib.

3. Teatrda dəfələrlə oynanılan Vaqif Səmədoğlunun “Bəxt üzüyü” pyesinə film çəkmək ideyası A.Bəşirqızına məxsusdur.

4. Afaq Bəşirqızı uşaq yaşlarında ac olduğu üçün oğurluq edib. Bu barədə o, AzTV-nin “Ağ-qara” verilişində danışıb. Xalq artisti bildirib ki, atası xəstəxanada yatan vaxtlarda evlərinə tez-tez gələn analığının qohumu Zivər adlı xanımın çantasından 5 manat götürərək, özünə kolbasa alıb və onu atasının kitab şkafında gizlədib. A.Bəşirqızı illər sonra həmin xanımı tapıb pulu qaytarmaq istəsə də, o, bu hadisədən xəbərdar olduğunu və pulu halal etdiyini söyləyib.

5. “Bəxt üzüyü” filmində Söylünün qaçdığı yerdə yıxılması, araq şüşəsinin divara dəyib sınması kimi səhnələr təsadüfən alınıb.

6. “Bəxt üzüyü” filmində çəkilən Söylünün altı oğlundan biri A.Bəşirqızının oğlu Səmraldır.

7. O, atasının şərəfinə yaradılan səyyar “Bəşir” Teatrının rəhbəri olub.

8. Xalq artisti heç vaxt anasını görməyib. 12 yaşına qədər nənə-baba himayəsində böyüyüb. 12 yaşında atasının himayəsinə verilib, 14 yaşında isə atası dünyasını dəyişib.

9. “Bəxt üzüyü” filmində Ramiz Əzizbəyli Moşu obrazına Yaşar Nurini çəkmək istəsə də, A.Bəşirqızı bu rolu teatrda olduğu kimi, Valeh Kərimovun oynamasını istəyib.

10. Xalq artisti bu ilin mart ayında Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı etdiyi çıxışla gündəmə gəlmişdi.

Bonus: Afaq Bəşirqızı Sumqayıt hadisələrinin səbəbkarı olmaqda ittiham edilib. Erməni akademik Aqanbekyan onun həbsini və güllələnməsini çox istəyirdi. Halbuki Afaq Bəşirqızı bir sənətçi, ziyalı kimi, iki xalq arasında gərginliyi dayandırmağa çalışmış, hətta buna görə 14 ermənini öz evində gizlətmişdi. Buna rəğmən, digər ermənilər xalq artisini öldürmək istəyirdilər.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar