Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafadan Sərdar Cəlaloğluna SƏRT CAVAB: “Dağıl ay dünya!”

Tarix: 15-08-2019 12:25     Baxış: 4155 A- / A+
Fazil Mustafadan Sərdar Cəlaloğluna SƏRT CAVAB: “Dağıl ay dünya!”

“Yurd”çuların hamısının siyasi gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev... ".

Manevr.az xəbər verir ki, bu ifadələri modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin onlara qarşı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
ADP sədrinin səsləndirdiyi fikirlər arasında deputat Fazil Mustafanın da adı keçir.
Sərdar Cəlaloğlunun bu fikirlərinə Fazil Mustafa reaksiya verib:
“Olsun, onsuz da bu cür yaramazların ittihamlarını bir tərəfə qoyub biz öz millətimizin faydasına olan çalışmalarımızı daha qətiyyətlə davam etdiririk. Nə dövlətimin, nə hökumətin, nə də millətimin nəzdində başımı aşağı edəcək hansısa məqam olmadığına görə alnı açıq cəmiyyət qarşısına çıxıb öz fikirlərimi, baxışlarımı ortaya qoyuram. Sadəcə bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı. Demək Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir. O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz (sonradan qulağından tutub prezident seçkilərinə də bu adla qatmışdılar) Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir Qüdrət bəyin yanına. Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü?
Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi”.

Fazil Mustafa həmçinin, ADP sədrinin onu hökumətə işləməkdə ittiham etməsinə daha sərt yanaşıb:

“Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir. Razıyam ki, Sərdar Cəlaloğlunun bu hərəkətinə hökumətə işləmək deməzlər, buna xəbərçiliyə görə ödənən zəhmət haqqı deyərlər. Canı-könüldən xərcləyə bilərsən, halalındır”.

Qeyd edək ki, Q.Həsənquliyev ADP, AXCP, AMİP, Müsavat partiyası Qarabağ problemini sülh yolu ilə həll edəcəklərinə dair 2000-ci ildən üzərlərinə beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar