Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mehriban xanımın bu ordenlə təltif olunması... - Markov

Tarix: 14-08-2019 13:50     Baxış: 3169 A- / A+
Mehriban xanımın bu ordenlə təltif olunması... - Markov

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın "Dostluq" ordeni ilə təltif olunması, ilk növbədə, onun mədəniyyət və humanitar sahədəki fəaliyyəti, xalqlarımız arasındakı dostluq münasibətlərinə verdiyi böyük töhfə ilə bağlıdır.

Bu fikirləri report-a rusiyalı ictimai xadim, “Siyasi Araşdırmalar İnstitutu”nun baş direktoru, politoloq Sergey Markov bildirib.

“Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva bu qurumun fəaliyyətini Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət sahəsində müştərək layihələri dəstək məcrasına yönəldir. Ötən illər həyata keçirilən onlarla, bəlkə də yüzlərlə layihə sırasında Moskvada geniş maraq doğuran Azərbaycan rəssamlarının sərgilərini qeyd etmək olar. Sovet rəssamlıq məktəbi çox yüksək səviyyədə olub. Bakıda da Rusiyanın müasir dizaynerlərin sərgiləri təşkil olunur. Bununla yanaşı, Mehriban Əliyevanın dəstəyi ilə Həştərxan vilayətində çox sayda tədbirlər keçirilir”, – rusiyalı politoloq deyib.

“Mehriban Əliyevanın "Dostluq" ordeninə layiq görülməsi Birinci vitse-prezidentin ölkələrimiz arasındakı dostluq münasibətlərinə böyük şəxsi töhfəni təsdiq etməklə, eyni zamanda Rusiya ilə Azərbaycan arasında bu gün sürətlə inkişaf edən münasibətlərin yüksək səviyyəsini ifadə edir”, – S.Markov fikrini tamamlayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar