Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Tarix: 12-08-2019 08:53     Baxış: 3209 A- / A+
Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Türkiyənin Afyonqarahisar şəhərində Qarabağ mədəniyyətinin təbliğ edilməsi ilə bağlı silsilə tədbirlər keçirilib.

Manevr.az xəbər verir ki, Bolvadin rayonunda baş tutan “Qarabağ Günləri” adlı tədbirdə əslən Qarabağdan olan və hazırda Türkiyədə yaşayan əhali ilə yanaşı, yerli camaat və rayon icra hakimiyyəti nümayəndələri də iştirak edib.

2015-ci ildən etibarən baş tutan festival çərçivəsində Azərbaycan və Qarabağa aid musiqi əsərləri səsləndirilib, Qarabağ təamları, milli oyun nümunələri nümayiş etdirilib.

Tədbirin təşkilatçılarından olan Mehmet Aydın bildirib ki, festivalın keçirilməsində əsas məqsəd bizdən sonrakı nəsillərin də əslən kim olduqlarını, atalarını, keçmişini unutdurmamaqdır:
“Bolvadin rayonunda 3 Qarabağ kəndi var – Böyük Qarabağ, Orta Qarabağ və Dərə Qarabağ. Hər 3 kənddə yaşayan əhali əslən Azərbaycanın Qarabağ bölgəsindən köçərək Türkiyədə məskunlaşanlardır. Bir neçə il əvvələ qədər müxtəlif bayramlarda və xüsusi günlərdə toplaşırdıq, lakin 2015-ci ildən etibarən qərara aldıq ki, özümüzə - Qarabağa aid festival təşkil edək. Hər il keçirdiyimiz bu tədbirdə Qarabağa aid yeməklər hazırlanır, musiqilər səsləndirilir, rəqslər, müxtəlif oyunlar nümayiş etdirilir”.

Mehmet Aydının sözlərinə görə, Türkiyə türkçəsində istifadə edilməyən lakin Azərbaycan dilinə, Qarabağ şivəsinə məxsus 2500-dən çox söz və ifadə var.

“Bu səbəbdən biz həm dilimizi, həm də Qarabağın mədəniyyətini, incəsənətini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələn addımları atırıq”, - deyə o, əlavə edib.oxu.az

Manevr.az
Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Türkiyədə Qarabağ günləri keçirildi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar