Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ən müəmmalı şirkətlərindən biri ləğv olundu - Milyonlarla dollar qazanırdı

Tarix: 09-08-2019 13:32     Baxış: 4172 A- / A+
Azərbaycanın ən müəmmalı şirkətlərindən biri ləğv olundu - Milyonlarla dollar qazanırdı

Adı milyon dollarlıq korrupsiyada hallanan "Trans-Siqnal-Rabitə" MMC (VEÖN - 7500193031) ləğv olunduğunu elan edib.

Manevr.az xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetində yer alan elanda qeyd olunub. Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 46, mənzil 75 ünvanına bildirə bilərlər.

Məlumat üçün bidirək ki, "Trans-Siqnal-Rabitə" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manat təşkil edir.
Bu şirkətin adı bir-neçə il əvvəl İsveçin və dünyanın nəhəng şirkətlərindən biri olan "Bombardier"lə ortaqlığından və korrupsiyada hallanıb.
"Trans-Siqnal-Rabitə" MMC və "Bombardier" şirkətinin birgə yaratdığı konsorsium Bakı-Böyük Kəsik dəmiryolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması üçün 340 milyon dollarlıq tenderin qalibi olub.
Bu sövdələşməyə əsasən, "Trans-Siqnal-Rabitə"nin payı 44 milyon manat (o zamankı məzənnə ilə 56,8 milyon dollar) olub.
Daha sonra İsveç polisi bu sövdələşmənin əsas vasitəçilərindən olan "Bombardier"in Moskva ofisinin baş direktorunun müavini və biznesin inkişaf etdirilməsi şöbəsinin rəhbəri Yevgeni bu tenderin udulması üçün rüşvət verdiyinə görə həbs edir.
Bu hadisədən sonra mətbuatda "Trans-Siqnal-Rabitə" barədə mətbuatda silsilə yazılar dərc olunub. Bildirilib ki, 56,8 milyon dollar payə olan şirkətin sahibi 44 yaşlı elektrik Elxan Əliyev Bakıdan 250 kilometr uzaqlıqda, İranla sərhədd kənddə sadə fermer həyatı yaşayır. Jurnalistlər Əliyevə bu barədə sual verəndə o bildirib ki, bu şirkətin çoxmilyonluq dollar sövdələşmələri həyata keçirməyindən xəbərsizdir: "Mənə yaxın olan bir adam məsləhət gördü ki, belə bir şirkəti açım. Düzünü desəm, mən bu şirkətin sadəcə təsisçisiyəm. Mənim bu şirkəti idarə edənlərlə bir əlaqəm yoxdur. Bu haqda danışa bilmərəm. Mən heç nə bilmirəm".
Maraqlı məqamlardan biri də odur ki, 2016-cı il noyabrın 11-də "Xalq" qəzetində "Trans-Siqnal -Rabitə" MMC-nin 2007-i ildən 2013-cü il daxil olmaqla bütün mühasibat sənədləri itdiyi barədə etibarsız sayılır. Hətta elanda qeyd olunub ki, sənədləri tapan şəxsi mükafat gözləyir.
Daha bir maraqlı məqam şirkətin hüququ ünvanı ilə bağlıdır. Jurnalistlər "Trans-Siqnal-Rabitə"nin rəsmi qeydiyyatda olduğu Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsi ev 32, mənzil 15ə baş çəkiblər. Onların həmin ünvanda köhnə, yamaqlı, peyk antenlərinin quraşdırıldığı və paltar qurutmaq üçün çoxlu iplərin bağlandığı binaya rast gəliblər. Orda 56,8 mln manatlıq bir sövdələşməni udan şirkətin ofisindən əsər-əlamət olmayıb. 15 saylı qapının arxasında isə ofis yox, 14 il orda yaşayan bir qadın var idi. O bildirib ki, bəzən poçt işçisi ona "Trans-Siqnal-Rabitə" MMC-yə ünvanlanmış məktublar gətirirmiş, amma o, həmin məktubları almaqdan imtina edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar