Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdan erməni filminə etiraz: Rusiyaya müraciət

Tarix: 08-08-2019 13:27     Baxış: 4143 A- / A+
Bakıdan erməni filminə etiraz: Rusiyaya müraciət

Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək.

Manevr.az xəbər verir ki, bu barədə apa-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək.

Xatırladaq ki, erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Dağlıq Qarabağda “Valter” adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransalı aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar