Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 2 nəfər qorxunc infeksiyaya yoluxdu, biri öldü

Tarix: 31-07-2019 16:22     Baxış: 3187 A- / A+
Azərbaycanda 2 nəfər qorxunc infeksiyaya yoluxdu, biri öldü


Sabirabad Mərkəzi Rayon Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ilk olaraq onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər:

"Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını etimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təstiqləyiblər.

Diaqnozu bildikdə xəstələrin qohumları onlarıpaytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.

Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hal-hazırda ikinci xəstənin müalicəsi davam edir".

Qeyd edək ki, bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.

Həmçinin bu xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar