Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda TÜKÜRPƏDƏN OLAY: Qadın yataq otağında başqa kişi ilə görüşdü, qaynı tutdu... - TƏFƏRRÜAT

Tarix: 31-07-2019 11:19     Baxış: 3201 A- / A+
Azərbaycanda TÜKÜRPƏDƏN OLAY: Qadın yataq otağında başqa kişi ilə görüşdü, qaynı tutdu... - TƏFƏRRÜAT


Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin kasasiya şikayətinə baxılıb.

Zaur Quliyev 4 oktyabr 2016-cı il tarixdə, gecə saat 01-də yaşadığı Salyan şəhəri, F.Məlikov küçəsində yerləşən 44 saylı evin birinci mərtəbəsindəki otaqda ailəsi ilə yaşayan qardaşı Məmmədağa Quliyevin arvadı Gülşən Feyziyevanın ərinin Bakı şəhərinə getməsindən istifadə etməklə yataq otağında kənar şəxslə intim əlaqədə olmasından şübhələnib.

Daha sonra Zaur Quliyev mətbəxdən bıçaq götürərək Gülşən Feyziyevanın olduğu yataq otağına daxil olub. Orada uzaq qohumu Nurlan Xankişiyevin Gülşən Feyziyeva ilə birlikdə intim münasibətdə olduqlarını görüb.

Zaur Quliyev Nurlan Xankişiyevi qəsdən öldürmək məqsədi ilə onun ünvanına nalayiq sözlər işlədib, sonra onun üzərinə hücum edib. O, bıçaqla Nurlan Xankişiyevin döş qəfəsidən zərbə vurub.

Nurlan Xankişiyev özünü müdafiə edərək, Zaur Quliyevin bıçaq olan əlindən tutub və özündən kənarlaşdırıb. Sonra Zaur Quliyev evdən qaçmaq istəyib.

Bu zaman Zaur Quliyev arxadan Nurlan Xankişiyevin kürək nahiyəsinə daha iki zərbə vurub. Yaralı olan Nurlan oradan qaçaraq gedib.

Daha sonra Zaur Quliyev gecə saatlarında Bakı şəhərində olan qardaşı Məmmədağaya zəng edib və evlərinin yataq otağında arvadı Gülşən Feyziyevanın Nurlanla intim münasibətdə olarkən yaxalaması barədə məlumat verib.

Bu zaman Məmmədağa ona telefonu Gülşən Feyziyevaya verməsini deyib. Həmin vaxt arvadı ilə telefonla danışan Məmmədağa ona dərman qəbul edərək özünü öldürməsini tələb edib.

Əks halda Bakı şəhərindən qayıdaraq onu öldürəcəyini bildirib.

Sonra Məmmədağa Quliyev xəyanət etdiyinə görə arvadından qisas alaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bu məqsədilə dərhal Bakı şəhərindən yaşadığı Salyan rayonundakı evinə gəlib.

Məmmədağa Quliyev səhər saat 05-də evinə çatıb və arvadının yatdığı yataq otağına daxil olub. O, içdiyi dərmanların təsirindən halsız vəziyyətdə çarpayıda üzü üstə uzanan Gülşən Feyziyevanın bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirib.

Daha sonra Məmmədağa Quliyev huşsuz vəziyyətdə olan arvadının boğazından yapışaraq boğmağa başlayıb.

İntihar etmək üçün dərman qəbul edən qadının isə həmin vaxt ona müqavimət göstərmək imkanı olmayıb. O, köməksiz vəziyyətdə olan Gülşən Feyziyevanı boğaraq öldürüb.

Məmmədağa Quliyevə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), Zaur Quliyevə isə 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədağa Quliyev 16 il, Zaur Quliyev isə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkum qardaşlar apelyasiya şikayəti veriblər. Zaur Quliyev ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Digər təqsirləndirilən Məmmədağa Quliyev isə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini xahiş edib.

Hər iki şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məmmədağa Quliyevin apelyasiya şikayəti qismən təmin olunub.

Belə ki, Məmmədağa Quliyevin 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib. Zaur Quliyevin isə apelyasiya şikayəti təmin olunmayıb.

Daha sonra onlar kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, hər iki şəxsin kasasiya şikayəti təmin edilməyib. \teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar