Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qardaş çimərliyə getmək istəyən bacısını bıçaqladı

Tarix: 25-07-2019 13:42     Baxış: 3230 A- / A+
Bakıda qardaş çimərliyə getmək istəyən bacısını bıçaqladı

Bakı şəhərində qardaş bacısını bıçaqlayıb. Cinayət Suraxanı rayonunda baş verib.

Bu barədə oxu.az-a Suraxanı rayonu Polis İdarəsindən məlumat verilib.

Cinayət hadisəsi iyulun 24-də, Yeni Suraxanı qəsəbəsində, saat 20:10 radələrində 27 yaşlı Samirə İsmayılovanın evində törədilib.

Samirənin qonşuluqda yaşayan 24 yaşlı qardaşı Əliyev Baba Vaqif oğlu 26 yaşlı digər bacısı Sahibə Əliyevaya hücum edib. O, bacısının qarın nahiyəsinə dörd bıçaq zərbəsi endirib. Yaralı 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Cinayət Məcəlləsinin 29 və 120-ci maddələri (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb.

İlkin məlumata əsasən, doğmalar arasındakı münaqişəyə səbəb bacının “söz eşitməməsi” olub.

Məlum olub ki, bacılar birlikdə dənizə getmək istəyiblər. Amma bunu öyrənən qardaş onlara dənizə getməyi qadağan edib. Sahibə isə qardaşına etiraz edib. Tərəflərin mübahisəsi qardaşın bacıya bıçaqla hücum etməsi ilə nəticələnib. B.Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar