Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı

Tarix: 23-07-2019 19:34     Baxış: 3178 A- / A+
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı

Dünən Baş nazirin sabiq müavini Abid Şərifovun avtomobilinin qarşını kəsən və maşınının üzərinə çıxan jurnalist Nurlan Libre işdən çıxarılıb.

Manevr.az xəbər verir ki, bununla bağlı “Kanal13”ün rəhbəri Anar Orucov məlumat verib.

O bildirib ki, bu hərəkətinə görə jurnalistə xəbərdarlıq olunub:

“Xəbərdarlığımızı qəbul etməməsi və etirazlarını davam etdirməsi səbəbindən həmkarımızla yollarımızı ayırmaq qərarı verdik. Nurlan Libre məni və “Kanal13”ü utandıracaq hərəkət etdi”.

Qeyd edək ki, dünən bir qrup jurnalist Abid Şərifova sual ünvanlasa da, Baş nazirin sabiq müavini bunları cavablandırmaqdan imtina edib və avtomobilinə əyləşib. Bu zaman Nurlan Libre avtomobilin qarşısını kəsib və A.Şərifovun avtomobilinin üzərinə çıxıb.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar