Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu videoya görə sürücü cərimələnmədi – VİDEO

Tarix: 23-07-2019 16:39     Baxış: 3276 A- / A+
Bu videoya görə sürücü cərimələnmədi – VİDEO

Bakıda piyada xəttindən keçən qadının üzərinə maşın sürərək yolu keçən sürücü barədə rəsmi açıqlama verilib.

Manevr.az-ın verdiyi xəbərə görə, yayılan videogörüntüdə müşahidə edilir ki, 90 LP 055 nömrəli “Land Cruiser” markalı avtomobil piyada xəttinə daxil olur və həmin zaman zolaqda hərəkətdə olan piyada qadınla qarşılaşır. Bu zaman sürücü dayanmayaraq yoluna davam edir və piyadaya yan hissədən bir qədər toxunur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı sürücüyə heç bir cərimə yazılmayacaq: “Həmin yerdə piyada xətti işıqforla tənzimlənir. Nəqliyyat vasitələrinə yaşıl işıq yandığı zaman qadın piyada yola daxil olur. Əvvəl dayanır, sonra hərəkət edir, axırda isə çantası ilə maşını vurur ki, ona yol versin. Burada açıq-aşkar günah xanımdadır. Buna görə də sürücü cərimə olunmayacaq. Piyadalar yollarda qanunlara uyğun hərəkət etməlidirlər. İşıqforla tənzimlənən piyada xətlərində yolu yalnız onlar üçün yaşıl işıq yanan zaman keçməlidirlər”.

Qeyd edək ki, videonu avtosfer.az saytı yayımlayıb.qafqazinfo


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar