Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ölüb-dirilən prezidentlər: O dünyadan məktub, sevgiliylə qaçış və daha nələr…

Tarix: 23-07-2019 14:02     Baxış: 3213 A- / A+
Ölüb-dirilən prezidentlər: O dünyadan məktub, sevgiliylə qaçış və daha nələr…


Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun ölümü barədə xəbərlər ötən bazar günündən dünya mətbuatını dolaşır. Hələlik prezidentlə bağlı nəyin baş verdiyi dəqiq məlum deyil, çünki təkzib xəbəri rəsmən verilməyib və Türkmənistan tərəfi ancaq Rusiyadakı səfirlik vasitəsilə dövlət başçısını sağ olduğunu bildirməklə kifayətlənib.

Əslində isə bu hadisə bir çox dövlət başçıları ilə təkrarlanıb.

Rusiyann “Yeni zaman” qəzetinə istinadən ölüb-dirilən prezidentlərlə bağlı məlumatları təqdim edirik.

1.Bakıyev necə yoxa çıxdı?

2008-ci ilin martında Qırğızıstanın prezidenti Qurmanbek Bakiyev itkin düşdü. Onun ağır xəstə olması barədə məlumatlar dolaşırdı, daha sonra ölüm xəbəri yayıldı. Versiyalara görə, prezident insult keçirmişdi, böyrəkləri imtina etmişdi. Hətta bəziləri daha da irəli gedərək prezidentin oğlu Maksim tərəfindən öldürüldüyünü deyirdilər. Bakiyev 25 günlük fasilədən sonra ölkəsinə qayıtdı. 28 martda ortaya çıxan prezident Almaniyada məzuniyyətdə olduğunu dedi və səbəbinin dincəlmək olduğunu bildirdi. Sözarası onu da dedi ki, getmişkən tibbi müayinədən keçmək istəyib, ancaq həkimlər bunun üçün daha uzun zaman tələb oldunduğunu bildirdiyindən çox qalmalı olub. Bundan sonra Bakiyev qeyd etdi ki, Prezident Administrasiyasının bunu dövlət sirri kimi qorumasını anlamır.

2. Putin – qrip və Alina Kabayeva

2015-ci ilin martında Rusiya prezidenti Putin “itkin düşdü”. Versiyalara görə, o ölmüşdü. Səbəb kimi isə qrip göstərilirdi. Hətta ölkədə dövlət çevrilişi olduğu, Putinin İsveçrəyə qaçdığı, Alina Kabayevanın məhz bu ölkədə ondan uşaq dünyaya gətirdiyinə dair söhbətlər gəzirdi. Putinin mətbuat katibi Dmitri Peskov davamlı surətdə bu xəbərləri təkzib edirdi, ancaq Putin özü görünmürdü. O, ancaq 10 gün sonra ortaya çıxdı. Qırğızıstan prezidenti Almazbek Atambyevlə görüşdə Putin 10 günlük fasilədən sonra ilk dəfə görüntüləndi. Atambayev jurnalistlərə bildirdi ki, Putin özünü yaxşı hiss edir. Hətta o qədər yaxşı ki, özü sükan arxasında oturub. Putin isə 10 gün harada olduğunu sirr kimi saxladı və “Şayiələr olmadan həyat maraqsız olardı”, – deməklə kifayətləndi.

3. Lukaşnko- “Məni dəfn ediblər”
2018-ci ilin iyulunda Belarus prezidenti yoxa çıxdı. Söhbətlər yayıldı ki, o, insult keçirib. 26 iyulda onun nəzərdə tutulan səfəri təxirə salındı və bu, söz-söhbəti daha da artırdı. Hətta görüş yerinə prezidentin mühafizə xidmətinin əməkdaşları və mətbuat getsə də, Lukaşenko özü görünmədi. Məmurlar prezidenti son ana qədər gözlədilər, ancaq mətbuata Lukaşenkonun gəlməməsinin səbəbi açıqlanmadı.

Lukaşenko ancaq 2 avqustda görüntüləndi. O, məhsul toplanan sahəyə getdi və yerli icra orqanlarının rəhbərlərini danladı. Onlardan 1 il sonraya hesabat tələb etdi, ancaq bu zaman sözarası o zaman qədər yaşayıb-yaşaya bilməyəcəyinə eyham vurdu. “Sən o qədər yaşayacaqsan? Ölüb eləmə. Məni artıq dəfn ediblər, səni də basdıra bilərlər”.

4. Kərimov- Ölünün təbriki

Özbəkistan prezidenti İslam Krimov isə ölüm xəbəri yayılan və daha sonra təsdiqlənən prezidentdir. Onun ölümü rəsmən 2016-cı il 2 sentyabrda təsdiqləndi. Ancaq ölüm xəbəri hələ 27 avqustda yayılmışdı. Bəzi mətbuat orqanları Kərimovun kliniki ölüm keçirdiyini yazırdı, ancaq Özbəkistan yığmasının yarışdan qızıl medalla qayıtması şərəfinə təşkil olunan banketdə prezidentin təbrik məktubu oxundu. Mətbuat buna da söz tapdı. Xəbər “Ölü prezidentdən məktub” deyə dünya mətbuatında manşet oldu. Kərimov bir neçə gün də rəsmən diri qaldı. Hətta özbək xalqını 1 sentyabr Müstəqillik Günü ilə bağlı təbrik etməyə də “fürsət tapdı”. Ancaq 2 sentyabrda prezidentin öldüyü rəsmən təsdiqləndi. (cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar