Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq satmaqda ittiham olunan qadın AZADLIĞA ÇIXDI

Tarix: 19-07-2019 15:19     Baxış: 3153 A- / A+
Uşaq satmaqda ittiham olunan qadın AZADLIĞA ÇIXDI


Yuliya Suslyak: Mənim işim tam uydurmadır

Tbilisi şəhər məhkəməsi 10 uşaq satmağa cəhddə ittiham olunan Ukrayna vətəndaşı Yuliya Suslyakı azad edib, işi Ukraynaya göndərib.

Manevr.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Zurab Todua bildirib.

Apreldə Gürcüstan DİN yetkinlik yaşına çatmayanların ticarətində ittiham olunan 37 yaşlı Ukrayna vətəndaşının saxlanıldığını bildirib.

Nazirliyin məlumatına görə, aprelin 9-da qadın Moskvadan Tbilisiyə 10 uşaqla gəlib və Abxaziyaya getməyi planlaşdırıb.

DİN araşdırmağa başlayıb ki, qadın uşaqları intoksikasiya əlamətləri ilə Zuqdidi şəhər xəstəxanasına gətirib. Sənədlərdə dörd uşağın eyni ildə anadan olması hüquq-mühafizə orqanlarında şübhə yaradıb.

İstintaqın məlumatına görə, qadın uşaqlara aqressiv münasibət bəsləyib və onları pis şəraitdə saxlayırmış. Ona "yetkinlik yaşına çatmayanların ticarəti" maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxs 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə ilə hədələnib.

DİN həmçinin iddia edirdi ki, qadın Ukraynadan Rusiyaya 11 uşaq aparıb, sonra isə Gürcüstana on uşaqla gəlib, tezliklə qurum on birinci uşağın taleyini öyrənməyə başlayıb.

"Müdafiə etdiyim şəxs azad edilib. Dünən məndən telefonla xahiş etdilər ki, biz Kiyevə bilet alaq, amma biz bunu etmədik. Sabah mətbuat konfransı keçiriləcək və Yuliya hər şeyi danışacaq. Daha heç bir şey düşünə bilmədilər və buna görə də məsələni Ukraynaya yönəltdilər", - deyə vəkil jurnalistlərə bildirib.

Suslyak, öz növbəsində günahını etiraf etmir.

"Mənim işim tam uydurmadır. Hətta bunu edənlərin adlarını da bilirəm və əgər onlar sakitləşməsələr, adlarını çəkəcəm",- deyə o jurnalistlərə açıqlama verib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar