Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda FACİƏVİ HADİSƏ: Zavodda yıxılan fəhlə ÖLDÜ

Tarix: 16-07-2019 16:52     Baxış: 3164 A- / A+
Azərbaycanda FACİƏVİ HADİSƏ: Zavodda yıxılan fəhlə ÖLDÜ


Gəncə şəhərində zavodda işləyən fəhlənin yıxılaraq ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, iyulun 12-də saat 20 radələrində Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində işləyən Əsədov Nicat Fizuli oğlu yıxılıb xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Məlum olub ki, 1989-cu il təvəllüdlü Gəncə şəhəri, Məhsəti qəsəbəsi sakini Əsədov Nicat Fizuli oğlu Gəncə şəhəri, Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində dam örtüyü düzəldən zaman yerə yıxılaraq xəsarət alıb. İyulun 13-də Nicat Əsədov aldığı xəsarətlər səbəbi ilə vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. \qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar