Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

İdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni günə öldü

Tarix: 14-07-2019 11:09     Baxış: 4223 A- / A+
İdarə rəisinin ailəsində faciə: atası və oğlu eyni günə öldü


Bir neçə gün əvvəl Salyan rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Manevr.az-ın publika.az-a istinadən məlumatına görə, Ələt-Astara magistral yolunun Salyan və Biləsuvar rayonları arasındakı hissəsində qəzaya uğrayan “Toyota Prado” markalı minik avtomobilində olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovun ailə üzvləri olub.

Belə ki, magistral yolun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb.

Qəza nəticəsində R.Tahirovun qızı, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu və həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İdarə rəisinin oğlu - 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid isə dünyasını dəyişib.

Məlumata görə, hadisənin baş verməsindən bir neçə saat əvvəl Lənkəranda Rafael Tahirovun atası İltifat Tahirov vəfat edib. İdarə rəsinin övladları da babalarının dəfn mərasiminə çatmaq üçün yola çıxıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar