Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda dələduzluq edən türk "iş adamı" tutuldu - ŞƏLİL

Tarix: 12-07-2019 13:22     Baxış: 4126 A- / A+
Bakıda dələduzluq edən türk "iş adamı" tutuldu - ŞƏLİL


Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq yolu ilə insanları aldadan və zərərçəkənlərin qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd dilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb.

O, ifadəsində özünü türk iş adamı kini təqdim etdiyini və zərərçəkənlə guya fermasını almaq adı ilə görüşdüyünü bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib.

Qeyd edilən faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Polis əməkdaşları M.Əhmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar