Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ruhi əsəb xəstəsindən anasına qarşı AMANSIZ CİNAYƏT- TƏFƏRRÜAT

Tarix: 12-07-2019 11:30     Baxış: 3113 A- / A+
Azərbaycanda ruhi əsəb xəstəsindən anasına qarşı AMANSIZ CİNAYƏT- TƏFƏRRÜAT


Bakıda anasını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Vaqif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Onun barəsində Binəqədi rayon Prokurorluğunda toplanan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində baş verib.

Qəsəbə sakini, ruhi əsəb xəstəsi Vaqif Rüstəmov yaşadığı evdə anası, 1973-cü il təvəllüdlü Sevinc Əliyeva ilə mübahisə edib.

Mübahisə zamanı Vaqif Rüstəmov Sevinc Əliyevanı bıçaqlayıb.

Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vaqif Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. (teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar