Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən Kamal Abdulla ilə bağlı - Sərəncam

Tarix: 10-07-2019 17:55     Baxış: 3178 A- / A+
Prezidentdən Kamal Abdulla ilə bağlı - Sərəncam

Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Manevr.az xəbər verir ki, yubiley medalı bu gün Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən xalq yazıçısı Kamal Abdullaya təqdim olunub. ADU rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi universitetin kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib:

“Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda Azərbaycan Dillər Universitetinin kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezidentimiz İlham Əliyevə öz adımdan və kollektivimiz adından səmimi minnətdarlığımı bildirir, bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.

Qeyd edək ki, yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar