Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çörək sexi bağlandı: İstehsal tarixini bir gün sonraya göstərirlərmiş

Tarix: 04-07-2019 19:43     Baxış: 3142 A- / A+
Çörək sexi bağlandı: İstehsal tarixini bir gün sonraya göstərirlərmiş

Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, 89, mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub. Həmin ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexində istehsalın normativ texniki şərtlərə uyğun aparılmadığı, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Müəssisədə ilkin emal sahəsi olmadığına görə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, soyutma sahəsi olmadığına görə isə çörəklərin həyətdə açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.

Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı müəyyənləşib.

Eyni zamanda, müəssisədə çörəklərin markalanması zamanı istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu, istehsal tarixinin məhsulun istehsal edildiyi gün əvəzinə bir gün sonrakı tarixə vurulduğu və məhsullara əsassız olaraq saxlanma müddətinin 96 saat qeyd olunduğu aşkar edilib.

Aşkar olunmuş nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar