Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu günədək "Tarqovı"da fahişəliklə bağlı saxlanılan olmayıb" — RƏSMİ AÇIQLAMA

Tarix: 04-07-2019 15:42     Baxış: 3112 A- / A+
"Bu günədək "Tarqovı"da fahişəliklə bağlı saxlanılan olmayıb" — RƏSMİ AÇIQLAMA


Son günlər sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində, "Tarqovı"da azərbaycanlı qadınların fahişəlik xidməti göstərməsi üçün yolun ortasında aşkar formada qiymət danışması, ərəblərin tanımadığı qızlara yaxınlaşıb cinsi əlaqədə olmaq və qarşılığında pul ödəniş etmək təklifi müzakirələrə səbəb olub. Vətəndaşlar polisin bu hala müdaxilə etmədiyini və bu prosesin nəzarətsiz qaldığını qeyd ediblər.

Manevr.az xəbər verir ki, Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.

"Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb. Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir", - deyə E. Hacıyev söyləyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar