Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda həkim səhlənkarlığına görə xəstəyə dəymiş zərər ödəniləcək – RƏSMİ

Tarix: 04-07-2019 13:51     Baxış: 3155 A- / A+
Azərbaycanda həkim səhlənkarlığına görə xəstəyə dəymiş zərər ödəniləcək – RƏSMİ


Azərbaycanda həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərər ödəniləcək.

Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyinə 2019-2020-ci illər ərzində həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün yaradılmasına dair qanun layihəsi hazırlamaq və təqdim etmək tapşırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyi qanun qəbul edildikdən sonra 2020-2021-ci illərdə həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərərin ödənilməsi mexanizminin tətbiq olunmasını təmin etməlidir. /APA


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar