Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər

Tarix: 30-06-2019 17:05     Baxış: 3136 A- / A+
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər

Gürcüstanın Kaspi rayonunun azərbaycanlıların yaşayan Çanqilari (Qarabağlılar) kənd sakinləri magistral yol yaxınlığında etiraz aksiyası keçiriblər.

Manevr.az xəbər verir ki, yerli sakinlər magistral yoldan kəndə gedən yolun bağlanmasına etiraz ediblər.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Kənd sakini Cəfər Rafiqoğlu “Report”a bildirib ki, bu yaxınlarda magistral yolun kənarına dəmir konstruksiyalardan hasarlanma quraşdırılıb:

“Magistral avtomobil yolundan kəndə qədər yol 100 ilə yaxın mövcud olub. Dəmir hasarlardan sonra kəndin magistral yolla əlaqəsi kəsilib. Magistral yolda piyada keçidi qoyulmayıb. Çanqilari kəndində 80-ə yaxın ailə yaşayır. Sakinlərin kəndə gediş-gəlişi olduqca çətinləşib. Yol bağlandığından şosseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur. Avtobus və marşrut taksilər də kənd yaxınlığında saxlamırlar”.

Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun açılmasını tələb edirlər.

Şida Kartli bölgəsinin qubernator müavini Simon Quledani Çanqilari kənd sakinləri ilə görüşüb. O, sakinləri narahat edən məsələnin Yollar Departamenti ilə müzakirə olunacağı və bir həftə ərzində cavabın veriləcəyini bildirib.report
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin yolu bağlanıb, sakinlər aksiya keçiriblər



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar