Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzinə göndərilməli olan mallar başqalarına satılıb - İDDİA

Tarix: 28-06-2019 16:18     Baxış: 3183 A- / A+
Dövlət İmtahan Mərkəzinə göndərilməli olan mallar başqalarına satılıb - İDDİA

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə E.Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev ifadə verib.

“Risk” şirkətində anbardar işlədiyini deyən şahid qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın haraya, kimə, neçəyə satılmasından xəbəri yoxdur.

Şahid N.Seyfullayev E.Məmmədovu yaxşı işçi kimi tanıdığını bildirib.

Məhkəmədə şirkətin digər əməkdaşı Samir Aşımov və Tofiq Məmmədov da oxşar ifadə veriblər.

Şahidlərin ifadələrindən məlum olub ki, “yox” olan mallar, əsasən, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, Mərkəzə göndərilən kompüter avadanlığının pulu şirkətə ödənilməyib.

Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M.Abbaszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlığı DİM-ə yox, başqa bir quruma göndərilib.

E.Məmmədov da bunu etiraf etsə də, bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.

Proses iyulun 2-də davam edəcək.

Qeyd edək ki, E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham edilir. O, sabiq deputat Dünyamalı Məmmədovun oğludur. D.Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad Seçki Dairəsindən deputat seçilib.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar