Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda mağazadan ağlagəlməz yolla oğurluq etdi - VİDEO

Tarix: 27-06-2019 13:03     Baxış: 3198 A- / A+
Bakıda mağazadan ağlagəlməz yolla oğurluq etdi - VİDEO


Əvvəlcə dükandakı paltarlara baxır. Sonra isə aldığı 3 ədəd corabın dəyəri olan 6 manatı çıxmaq üçün satıcıya 100 manat uzadır.
Lakin həmin pulu vermədən qalığı da alaraq oradan uzaqlaşır.

Manevr.az bildirir ki, hadisə 2 gün əvvəl paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən qadın paltarları mağazasında baş verib. Mağazaya daxil olan orta yaşlı qadın satıcını aldadaraq 95 manat pul alıb və aradan çıxıb.

Mağaza sahibinin sözlərinə görə, həmin qadın dükana taksi ilə gəlib. Çıxanda da tələsik taksiylə oradan uzaqlaşıb. Onun bu hərəkəti satıcını şübhələndirib və bundan sonra aldadıldığını anlayıb.

Mağaza sahibi bildirib ki, hadisənin görüntüsünü sosial şəbəkədə paylaşdıqdan sonra 20-ə yaxın başqa dükandan da bu cür aldadıldıqları barədə mesajlar alıblar.

Hətta onlardan bəziləri foto və videolar da göndəriblər.

Faktla bağlı polisə məlumat verilib, qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar