Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Boşandı, 6 il sonra barışdı, evə aparıb başına oyun açdı - Azərbaycanda ŞOK HADİSƏ

Tarix: 24-06-2019 12:40     Baxış: 3133 A- / A+
Boşandı, 6 il sonra barışdı, evə aparıb başına oyun açdı - Azərbaycanda ŞOK HADİSƏ


Xırdalan şəhərində həyat yoldaşına əzab verməkdə təqsirləndirilərək məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

Manevr.az-ın News24.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə təqsirləndirilən və Abşeron Rayon Məhkəməsi tərəfindən məhkum edilən Quliyev Elfaq Aydın oğlu Ali Məhkəməyə müraciət edərək barəsindəki hökmün dəyişdirilməsini və ona bəraət verilməsini xahiş edib. İş hakim Hafiz Nəsibovun icraatına verilib.

Qeyd edək ki, E.Quliyev 2012-ci ildə boşandığı keçmiş arvadı N.Kərimova ilə 2018- ci ilin sentyabr ayında barışaraq onunla Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16A, mənzil 7 ünvanında yaşamağa başlayıb. Bundan sonra o, mütəmadi olaraq, qısqanclıq zəminində mübahisə edərək, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə N.Kərimovaya əzab verib.

Abşeron rayon Məhkəməsi tərəfindən məhkum edilən E.Quliyev daha sonra apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi onun cəzasını yüngülləşdirərək barəsində 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünü verib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar