Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ

Tarix: 24-06-2019 09:53     Baxış: 4161 A- / A+
Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ


Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb.

Manevr.az apa-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Su Anbarında yerləşən və "Üçüncü buxta" adlanan çimərlikdə baş verib.

Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə istirahət edən bir qrup şəxs arasında mübahisə və münaqişə yaşanıb. Hadisə ailənin azyaşlı körpələrinin gözləri önündə baş verib. A.Məmişova övladları ilə birgə ərazidə heyvanları otararkən naməlum şəxslər tərəfindən nalayiq ifadələrlə təhqir olunub. Hadisədən xəbər tutan əri N.Məmişov da ora gəlib və bundan sonra tərəflər arasında mübahisə və münaqişə yaşanıb.

Nəticədə ailə başçısı N.Məmişov kürək və qabırğa nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya aparılaraq müayinə olunub və lazımi tibbi yardım alıb. O da məlum olub ki, zərərçəkənə münaqişə zamanı daşla da zərbə endirilib.

Baş vermiş hadisə ilə bağlı ailə polis orqanına müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar