Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qələmnazın əxlaqsızlıq yuvasından şok faktlar: Mağaza və kafelərdə…

Tarix: 22-06-2019 14:31     Baxış: 3135 A- / A+
Qələmnazın əxlaqsızlıq yuvasından şok faktlar: Mağaza və kafelərdə…


İsmayıllı rayonunda qadınları fahişəliyə cəlb edən 1963-cü il təvəllüdlü Qələmnaz Xəlilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Manevr.az xəbər verir ki, onun barəsində olan cinayət işi üzrə material baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.

İş hakim Rəfayel Şirinovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı şəhərinin M.Orucov küçəsində yaşayan Qələmnaz Xəlilovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi aşkarlanıb.

Məlum olub ki, Qələmnaz Xəlilova əvvəldən tanıdığı Səmayə Əliyevanı (ad və soyad şərti verilib – red. ) və başqa qadınları pul müqabilində kişilərlə görüşdürərək qazanc əldə edib.

Müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qələmnaz Xəlilova İsmayıllı şəhərində yerləşən özünə məxsus mağaza və kafedə əvvəlcə kişilərlə görüşərək onlarla sövdələşib, sonra onların qadınlarla görüşünü rayondakı istirahət mərkəzlərində təşkil edib.

İstintaq orqanı tərəfindən Qələmnaz Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib. /Teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar