Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda evə basqın edib qadını qrup şəklində zorladılar - Ali Məhkəməyə müraciət edildi

Tarix: 21-06-2019 16:15     Baxış: 5158 A- / A+
Azərbaycanda evə basqın edib qadını qrup şəklində zorladılar - Ali Məhkəməyə müraciət edildi

İmişli rayonunda yaşlı qadının evinə basqın edərək quldurluq etmiş və həmin qadını zorlamaqda təqsirlənidirilərək məhkum edilmiş qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.

Manevr.az news24.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən İmişli rayon sakini İbrahimov Xalid Mehdi oğlu üzərindəki 149.2.1-ci, yəni zorlama-qrup şəklində törədildikdə maddəsinin götürülməsini xahiş edib. O, qeyd edilən maddə üzrə cinayət törətmədiyini və işə yenidən baxılmasını xahiş edib.

İş Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin iyulunda İmişli şəhərində baş verib. 3 nəfər şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlayıblar və evdən oğurluq ediblər. Belə ki, İyulun 28-də İmişli şəhəri, Şıxlinski küçəsindəki evdə tək yaşayan, ailə həyatı qurmayan yaşlı qadının evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər mənzildən 1000 manat pul və qızılı-zinət əşyaları oğurlayaraq qaçıblar. Hadisə ilə bağlı cinayət işi açılıb. Bir qədər əvvəl həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri - 1990-cı il təvəllüdlü İbrahimov Xalid Mehdi oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Asim Şakir oğlu və 1980-ci il təvəllüdlü Fərzəliyev Eyvaz Nadir oğlu polis tərəfindən saxlanılıb.
Keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən, yaşlı qadının həmin şəxslər tərəfindən zorlandığı təsdiqini tapıb. Saxlanılan şəxslər ilkin ifadələrində qadını zorladıqlarını etiraf ediblər. Onlar Cinayət Məcəlləsinin 149 (zorlama), 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 181-ci (quldurluq) maddələri ilə təqsirli biliniblər.

İstintaq dövründə X.ibrahimov və A.Cəfərov saxlanma yerində qollarını kəsərək intihara cəhd ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar