Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qorxu filmlərində bəhs edilən bu meşəyə gedənlər intihar edir!

Tarix: 19-06-2019 10:29     Baxış: 4174 A- / A+
Qorxu filmlərində bəhs edilən bu meşəyə gedənlər intihar edir!


Yaponiyanın məşhur Fuji dağının yaxınlığındakı Aokigahara meşəsində hər il təxminən 100 nəfər intihar edir.

Aokigahara meşəsi uzaqdan baxıldıqda yaşılın hər tonu ilə diqqət çəkən təbii bir gözəllikdir.
Yerli və xarici turistlər bu meşəyə Fuji dağını müxtəlif bucaqlardan görmək, dağın fotolarını çəkmək və hazırlanan yollarda gəzinti etmək üçün gəlirlər.

Meşə inanılmaz dərəcədə sıx bitki örtüyünə sahib olduğundan burada yolu səhv saldıqda istiqaməti tapmaq və səsi kiməsə çatdırmaq mümkünsüzdür. Yəni bu bölgəyə daxil olanlar əvvəlcədən intihar etməyi planlaşdıran insanlardır.

Bu ərazi Yaponiya tarixində mistik bir yeri olan və ölü ruhlarla xatırlanan bir ərazidir. Seicho Matsumotonun iki obrazının bu meşədə intihar etdiyi romanı “Kuoi Kaiju”dan sonra bir intihar mərkəzinə çevrilib.

Meşəyə daxil olduqda “od yandırmayın, zibil atmayın” kimi xəbərdarlıqlar əvəzinə “intihar etməyin, həyat sizə verilmiş bir hədiyyədir. Ailənizi və dostlarınızı düşünün” sözləri yazılıb.

Meşənin dərinliklərinə doğru getdikdə isə müxtəlif yollarla intihar etmiş insanların cansız bədənləri ilə qarşılaşmaq mümkündür.

Hər il daha da artması və insanları intihara təşviq etməsi səbəbilə Yaponiya intihar edənlərin sayını dəqiq açıqlamır. Amma bu sayın il başına 50-100 nəfər olduğu güman edilir.

Yaponiyalı sosioloq və yazıçı Vataru Tsuriminin mübahisəli kitabında da bu meşənin intihar etmək üçün çox əlverişli yer olduğu deyilir./metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar