Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 8 yaşlı uşağı zorlayan gəncin toyudur

Tarix: 14-06-2019 21:17     Baxış: 3176 A- / A+
Bakıda 8 yaşlı uşağı zorlayan gəncin toyudur


Ailə sahibi olur, ata olacaq, oğul, qız böyüdəcək, fəxr edəcək övladları ilə...

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə üzücü bir hadisəni izləyiciləri ilə bölüşüb.
Manevr.az aznews.az-a istinadən xəbər verir ki, sığınacaq rəhbəri 8 yaşlı oğlan uşağının başına gələn dəhşətli hadisədən yazıb. O, təcavüzə uğramış azyaşlının taleyini və onunla birlikdə apardığı mübarizədən bəhs edib:

"Deyirsiniz, necə dözürəm, bu sığınacaqdan keçən uşaqların acı talelərinə? Arada onlardan yazacam sizlərə.

Bir faciəni yazım.

Bir neçə il öncə bölgələrdən birində dəhşətli bir hadisə, cinayət baş vermişdi.

8 yaşlı bir oğlanın alkoqolik anası və atalığının baxımsızlığından, laqeydliliyindən, biganəliyindən, əxlaqsızlığından, şərəfsizliyindən sui-istifadə edib kəndin neçə-neçə gənci onu zorlamışdı.

Qış ayında qaçıb zirzəmidə gizlənmişdi körpə uşaq və ayaqlarını don vurmuşdu.

Onu mən Bakıda xəstəxanaların birində tapdım, don vurmuş pəncələrini amputasiya etmişdi həkimlər.

Reanimasiyada gözünü açanda məni görüb ilk sözü bu oldu: "Sən kimsən, məni onlara verməyəcəksən???".

Vermədim... Böyük mücadilələrdən sonra xəstəxanadan çıxdıqda onu rəsmi qaydada qəyyumluğuma götürüb sığınacağa gətirdim. Prokurorluq cinayət işi açmışdı və 2 nəfər həbs olundu (Digərlərinin cinayət faktı sübuta yetirilmədi). Tam bir il məhkəmə prosesləri getdi və o balaca məsumla məhkəmələrə getdim, üzləşmələrdə iştirak etdim, o körpənin yaşadıqlarını onunla bərabər mən də yaşadım. 7 il və 9 il iş verildi şərəfsizlərə. Körpə reabilitasiya keçdi, çox güclü uşaq idi və 2 ildən sonra ölkəsinə, nənəsinin yanına qayıtması qərarı verildi. Mənim ondan ayrılığım da bir faciə idi, çünki getmək istəmirdi, mən də getməsini istəmirdim. Neçə ay onun yoxluğunu qəbul edə bilmirdim. Gedəndə bircə söz dedi: "Kəmalə xala, mən mütləq qayıdacam, məni gözlə..."

Bu gün eşitmişəm ki, onu zorlayan şərəfsizlərdən birinin toyudur. Ailə sahibi olur, ata olacaq, oğul, qız böyüdəcək, fəxr edəcək övladları ilə.

O körpənnin isə yaşadıqlarından sonra gəncliyində nələrin olacağını bilmirəm. Bax beləcə, bu faciələrlə yaşayıram, ürəyimdə ağlayıram və bu faciələri unutmuram. O şərəfsizləri isə heç vaxt unutmayacam.
Siz də unutmayın belə faciələri, övladlarınıza sarılın, qoruyun.

Onun üçün çox darıxmışam. Mən o körpəni sevirəm".

Bakıda 8 yaşlı uşağı zorlayan gəncin toyudur



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar