Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dəyəri bir milyon funt sterlinq olan şahmat fiquru tapılıb

Tarix: 07-06-2019 21:17     Baxış: 2190 A- / A+
Dəyəri bir milyon funt sterlinq olan şahmat fiquru tapılıb

Şotlandiyada dəyəri bir milyon funt sterlinq (2 milyon 150 min manat) olan şahmat fiquru tapılıb.

Edinburq şəhərində yaşayan bir ailəyə məxsus köhnə əşyaların içində qədim şahmat fiquru tapılıb. Həmin ailənin üzvlərindən biri ötən əsrin 60-cı illərində əntiq əşyaların satışı ilə məşğul olub. Bu fiqur isə təxminən 5 funt sterlinqə alınıb. Ailə başçısı fiquru Londonun “Sotbis” hərrac evinə apardıqda eşitdiyi xəbərdən heyrətə gəlib.

Həmin fiqurun 1831-ci ildə Luis adasında tapılan xəzinədəki şahmat dəstinə aid olduğu müəyyən edilib. Belə ki, iki əsr əvvəl tapılan xəzinədə qızıl əşyaları ilə yanaşı, şahmat fiqurları da olub. Həmin vaxt tapılan 93 fiqurdan 82-si Londondakı Tarix Muzeyində, 11-i isə Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır. İlkin olaraq bir milyon funt sterlinq dəyərində qiymətləndirilən fiqur iyulun 2-də Londonda hərraca çıxarılacaq.

Morj və balina dişlərindən düzəldilmiş fiqurların hündürluyü 9 santimetrdir. Onların mənşəyi və harada düzəldiyi barədə dəqiq məlumat yoxdur. Bir fərziyyəyə görə, bu şahmat fiqurları XII-XIV əsrlərdə Norveçin Tronxeym şəhərində düzəldilib.azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar