Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yol polisi ilə bağlı video yayan sürücü barədə cinayət işi başlandı

Tarix: 31-05-2019 20:57     Baxış: 2146 A- / A+
 Azərbaycanda yol polisi ilə bağlı video yayan sürücü barədə cinayət işi başlandı

Bir müddət əvvəl sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü Kərimov Teymur Mərdan oğlu barəsində cinayət işi başlanıb.

T. Kərimov Cinayət Məcəlləsinin 147.2 9-cu (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham edilir.

Onun cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən ilin avqustunda sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb. Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb. “Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib. V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib. “Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni, yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb və həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib. Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb. Belə şər və böhtan xarakterli informasiya yaymaqla yol polisinin fəaliyyətinə kölgə salmaq istəyib”. ona

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar