Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“İlin anası” ərini ürəyindən bıçaqladı -ŞƏKİL

Tarix: 31-05-2019 18:52     Baxış: 3398 A- / A+
“İlin anası” ərini ürəyindən bıçaqladı -ŞƏKİL

İngiltərənin Bertli şəhərində vaxtilə "İlin anası" mükafatının laureatı olmuş qadın - Helena Karin Atay həyat yoldaşını qətlə yetirib. Hadisə spirtli içkiyə görə onların arasında yaranan mübahisə zamanı baş verib.

Manevr.az bizimyol.info-ya istinadən xəbər verir ki, 42 yaşlı Helena spirtli içki almağa getmək istəyirmiş. Həyat yoldaşı Atakan buna etiraz edib. Mübahisə zamanı Atakan ona yumruq vurub. Məhkəmədə qadın deyib ki, özünü müdafiə etmək məqsədilə stolun üstündən bıçağı götürüb ərini vurub. Bıçaq kişinin ürək nahiyəsinə saplanıb.
45 yaşlı Atakan yaralı olsa da, təcili yardıma zəng edərək, həkim çağırıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Britaniyalı qadın deyir ki, məqsədi ərini öldürmək olmayıb, affekt vəziyyətdə bu addımı atıb: "Biz dalaşırdıq, necə oldusa, hər şey bir anda nəzarətdən çıxdı.
“İlin anası” ərini ürəyindən bıçaqladı -ŞƏKİL

Məhkəmədə evdə olan videokameranın yaddaşındakı görüntülər də nümayiş etdirilib. Məhkəmə də o nəticəyə gəlib ki, hadisə vaxtı qadın özünü müdafiə etməyə çalışıb.
Britaniyalı Helena xərçəngdən əziyyət çəkən qızının həyatı üçün apardığı mübarizəyə görə "İlin anası" mükafatının laureatı olmuşdu. Uşağın müalicəsi üçün 500 min funt sterlinq toplansa da, xeyri olmadı. Qadının qızını itirdikdən sonra içkiyə qurşandığı bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar