Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkə rəhbəri Trampa görə 5 məmuru edam etdirdi

Tarix: 31-05-2019 11:11     Baxış: 3127 A- / A+
Ölkə rəhbəri Trampa görə 5 məmuru edam etdirdi


Şimali Koreyada yüksək vəzifəli məmurların güllələndiyi üzə çıxıb.

Bu barədə müstəqil “Chosun İlbo” qəzetinə istinadən “Bloomberg” bildirir.

Məlumata görə Şimali Koreyanın Dövlət Şurasının ABŞ işləri üzrə xüsusi nümayəndəsi Kim Xek Çxol və daha dörd yüksək vəzifəli məmur mart ayında edam edilib. Qəzetin əldə etdiyi məlumata görə Şimali Koreya lideri Kim Çen In Kim Xek Çxol da daxil olmaqla bir neçə yüksək vəzifəli məmuru ABŞ prezidenti Donald Trampla uğursuz sammitdən sonra edam etdirib. Mənbə bildirir ki, Kim Çen Inın birinci müavini Kim Yen Çxol daha yüngül cəza alıb-onu katorqa işlərinə məhkum ediblər.

Xatırladaq ki, fevralın sonlarında Vyetnamın paytaxtı Hanoyda ABŞ və Şimali Koreya liderləri arasında ikinci sammit baş tutub. Lakin tərəflər yekun razılaşma əldə etmədən sammiti yarımçıq tərk ediblər.

Şimali Koreyada yüksək vəzifəli məmurların Kim Çen In tərəfindən ən qəddar metodlarla edam edilməsinə dair xəbərlər bundan əvvəl də yayılıb. Lakin bu xəbərlər bir çox hallarda özünü doğrultmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar