Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?

Tarix: 22-05-2019 16:58     Baxış: 3209 A- / A+
 Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?

Müğənni Zenfira İbrahimova məşhur mağazalardan birinin əməkdaşını döyməsi barədə yayılan məlumata münasibət bildirib.

Manevr.az xəbər verir ki, o, "qafqazinfo"ya açıqlama verərək belə bir hadisənin baş vermədiyini qeyd edib:

"Belə bir hadisə baş verməyib. Əgər baş veribsə, tanınmış simayam, hansısa bir görüntüm ortaya çıxardı. Dünya ulduzları haqqında da belə xəbərlər yazırlar. Mən öz işimin başındayam, boş söhbətlərdir. 15 illik ailə həyatım var, istəmirəm ki, şəxsi həyatımla bağlı gündəmdə olum. Əgər həmin qız döyülsəydi, hüquqi cəhətdən haqqını tələb edərdi, deyərdi ki, Zenfira xanım mənə əl qaldırıb. Artıq-əskik sözlərdir, düzgün məlumat yaymayaraq camaatı çaş-baş salırlar. Anarın da, mənim də maşınım kreditdədir. Elə imkan yoxdur ki, başqasına maşın hədiyyə edək".

Qeyd edək ki, musavat.com saytının yaydığı xəbərə görə, ifaçının idmançı əri Anar Heydərov idman zalında tanış olduğu Lamiyə adlı xanıma qırmızı rəngdə avtomobil hədiyyə edib. Məsələdən xəbər tutan Zenfira mağazaya gedərək, qızı döyüb və avtomobili əlindən alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar