Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda İyrənc hadisə: 11 yaşlı ögey qızını dəfələrlə zorladı - TƏFƏRRÜAT

Tarix: 17-05-2019 12:57     Baxış: 4182 A- / A+
Azərbaycanda İyrənc hadisə: 11 yaşlı ögey qızını dəfələrlə zorladı - TƏFƏRRÜAT


Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Nəriman Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, N.Qasımov 30 dekabr 2013-cü il tarixində gecə saatlarında Gəncə şəhərində fərdi həyət evlərinin inşa edildiyi yaşayış massivində yerləşən kirayədə yaşadığı mənzildə həmin gün arvadı Aytən Qasımovanın (ad-soyad şərtidir) Qazax rayonuna getməsindən istifadə edib.

Onunla bir mənzildə yaşayan və 11 yaşlı ögey qızı, 19.03.2002-ci il təvəllüdlü Zümrüd Əliyevanın (ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək belini masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb.

Belini masaj etdirdikdən sonra qəflətən Zümrüdə zor tətbiq edərək, əynindəki şalvarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bununla da o, on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bundan başqa, o, təkrarən 30 dekabr 2015-ci il tarixdə günorta saatlarında arvadının evdə olmamasından istifadə edib, qızı öz yataq otağına çağırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif və israr etsə də, sonuncu buna qəti şəkildə etirazını bildirib.

Belə olan halda qızına zor tətbiq edib, əllərindən tutaraq əynindəki şalvarını zorla əynindən çıxarıb, ona təcavüz edib.

Bu hallar dəfələrlə təkrar olunub.

Məhkəmənin hökmü ilə N.Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar