Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

13 yaşlı oğlanı qəbiristanlığa aparıb… - BAKIDA İYRƏNC CİNAYƏT - DOSYE

Tarix: 16-05-2019 21:32     Baxış: 3183 A- / A+
13 yaşlı oğlanı qəbiristanlığa aparıb… - BAKIDA İYRƏNC CİNAYƏT - DOSYE


Bakıda 13 yaşlı uşağı başına daş çırparaq öldürməyə cəhdə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az xəbər verir ki, ittihama görə, hadisə ötən il Novruz bayramı günü Suraxanı rayonunda baş verib.

1998-ci il təvəllüdlü Mövsüm Bağırov qonşuluqda olan 13 yaşlı uşağın başına daş çırparaq öldürməyə cəhd edib.

Belə ki, Mövsüm Bağırov azyaşlını qəbiristanlığa aparıb. Uşaq fikrini dəyişib evə qayıtmaq istəyəndə təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə uşağın boğazından tutaraq qəbiristanlığın içinə aparıb yerə yıxaraq, əlləri ilə boğmağa başlayıb. Uşağı yerə yıxan Mövsüm Bağırov yerdən götürdüyü daşla ona zərbələr endirib.
M. Bağırov özünü ittiham üzrə qismən təqsirli bilib.
O qeyd edib ki, qonşuluqda yaşayan azyaşlı Nadir (şərtidir) bayramda onun ayağının altında partlayıcı maddə atıb: "Bundan sonra onunla birgə qəbiristanlığa tərəf getdik. Nadir ora çatanda fikrindən daşındı və evə getmək istədiyini dedi. Bu mənə xoş gəlmədi. Onu yerə yıxdım, əsəbdən bir neçə dəfə daşla zərbə vurdum. Onu öldürmək niyyətim olmayıb".

Təqsirləndirilən qeyd edib ki, hadisədən sonra evə gəlib: "Bir müddət sonra iki uşaq Nadirinin qoluna girib evə gətirdilər. Anasının səsini eşidirdim. Nadir anasına mənim onu daşla vurduğumu demədi, yalandan dedi ki, yıxılıb. Yenə deyirəm, onu öldürmək istəsəydim, edə bilərdim. Sadəcə, xəstəliyim var. Bəzən əsəbi olanda özümü, hərəkətlərimi idarə edə bilmərəm. Elədiyim əməldən peşmanam. Ailəm, qohumların Nadirin ailəsinə barışıqla əlaqədar getsə də, onlar razı olmadı".
Məhkəmədə zərərçəkmiş azyaşlı Nadir nümayəndəsinin iştirakı ilə ifadə verib: "Ötən il martın 20-də bayramda partladan atırdıq. Bu vaxtı qonşuluqda yaşayan Mövsümün ayağının yanına partladan düşdü. O, mənə evimizdən bir az kənarda yerləşən qəbiristanlığa getməyi təklif etdi. Ora gedib, partladanları atacaqdıq. Razılaşdım, Əmircan qəsəbəsinin qəbiristanlığına getdik. Ora çatanda fikrimdən danışdım, Mövsümə dedim ki, evə qayıdıram".

Zərərçəkən şəxs qeyd edib ki, bu, Mövsümə xoş gəlməyib: "Mənə ciddi etirazını bildirdi. Lakin evə getməkdə israrlıydım. Bu zaman arxamdan Mövsüm boğazımdan tutdu, boğmağa başladı. Ağlayıb, yalvarmağa başladım. Ondan xahiş etdim ki, mənə heç nə etməsin. Amma o, məni əlindən buraxsa da, yerdən daş götürdü. Başıma, bədənimə zərbələr vurdu. Özümdən getdim".

13 yaşlı uşaq deyib ki, bir qədər sonra özünə gəlib: "Tərpənə bilmirdim, birtəhər özümdə güc tapdım. Qəbiristanlığın qapısından zorla özümü çölə atdım. Bir qədər sonra yoldan keçən 2 nəfər məndən nə baş verdiyini soruşdu. Yıxıldığımı dedim və evə qədər məni aparmaqlarını xahiş etdim. Həmin şəxslər məni evə gətirib anama təhvil verdilər. Başıma gələnləri anama demədim, yalandan dedim ki, yıxılmışam".

Nadir qeyd edib ki, evə gələndən bir qədər sonra vəziyyəti daha da ağırlaşıb: "Gecə valideynlərim mənim pis olduğumu gördülər. Sabunçu xəstəxanasına apardılar. Həkimlər müayinə etdi, bildirdilər ki, xəsarətlər çoxdu. Ondan sonra valideynlərimə Mövsüm tərəfindən vəhşicəsinə döyüldüyümü dedim".

Məhkəmənin hökmü ilə Mövsüm Bağırov 13 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Lakin onun şikayəti təmin edilməyib. (bakupost)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar