Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşlı kişidən iyrənc əməəl: Qonşunun fiziki qüsurlu qızına təcavüz etdi, hamilə buraxdı

Tarix: 10-05-2019 12:25     Baxış: 3174 A- / A+
Yaşlı kişidən iyrənc əməəl: Qonşunun fiziki qüsurlu qızına təcavüz etdi, hamilə buraxdı


Türkiyədə tükürpədən təcavüz hadisəsi baş verib.

Manevr.az big.az-a istinadən xəbər verir ki, 60 yaşlı Mustafa Şahin adlı şəxs qonşusunun qızına təcavüz edib.

Belə ki, Burdurda ailəsi ilə birlikdə yaşayan 20 yaşlı fiziki məhdudiyyətli E.M adlı gənc qız qonşuları tərəfindən cinsi istismara məruz qalıb. Qız ailəsi ilə birlikdə qonşularına çörək bişirməyə gedib. Bu zaman ailələr çörək bişirərkən gənc qız otağa keçərək yatıb. Həmin zaman ev sahibi Mustafa Şahin otağa girərək qıza təcavüz edib və dərhal evdən uzaqlaşıb.

Hadisədən bir müddət sonra qızın hamilə olduğu məlum olub. Valideynləri qonşularından şikayət edib və o tutulub. Mustafa qıza toxunmadığını bildirsə də, onun bətnindəki uşaqla Mustafanın DNT-ai 99,9 faiz uyğun çıxıb.

Qızın atası M.A.M adlı şəxs həmin gün qonşusundan şübhələndiyini bildirib:

" Qızım otaqda yatmışdı. Onu yoxlamaq üçün yanına gedəndə köynəyinin açıq olduğunu gördüm. Mustafa da otaqda idi. Onun isə şalvarının zəncirbəndi açıq idi. Nə edirsən deyə soruşanda o heç nə deyərək dərhal çölə çıxdı. Ondan şübhələnsəm də, belə bir şey edəcəyinə inanmadım. Bu hadisədən sonra qonşuya gedəndə qızım əl hərəkətləri ilə etiraz etsə də, bunu nə üçün etdiyini bimirdik. Hamilə olduğunu öyrənəndə hər şey aydın oldu".

Qeyd edək ki, həbs edilən Mehmet günahı olmadığını və sərbəst buraxılmasını istəyib. Lakin ona 24 il həbs cəzası verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar