Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə təcili yardım həkimləri hücuma məruz qalıb - VİDEO

Tarix: 08-05-2019 19:34     Baxış: 2259 A- / A+
Mingəçevirdə təcili yardım həkimləri hücuma məruz qalıb - VİDEO


Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası çağırış yerində fiziki hücuma məruz qalıb.

Hadisə gecə saatlarında şəhər avtovağzalı yaxınlığındakı yeni köçkün şəhərciyində baş verib.

Həmin ərazidəki 2 saylı 9 mərtəbəli binaya xəstə çağırışına gələn tibb briqadası adı hələ ki, dəqiqləşdirilməyən, təxminən 21-22 yaşlı gəncin hücumuna məruz qalıb. Həkim Azər Yunisovu və tibb bacısı Ruhiyə Musayevanı aqresiv şəkildə təhqir edən gənc daha sonra birinciyə fiziki güc tətbiq edib, onu öldürəcəyini bildirib. Yalnız ətrafdakıların köməyi ilə əlbəyaxa davanın daha da böyüməsinə imkan verilməyib.

O da məlum olub ki, bu hadisədən az öncə haqqında danışılan şəxs Təcili Tibbi Yardım Stansiyasının dispetçeri Yeganə Alışovanın timsalında xəstəxananın tibb heyətini ağır sözlərlə təhqir edib.

ONA-nın yerli bürosuna açıqlama verən həkim A.Yunisov xuliqanlıq hərəkətinə
yol verən şəxsin öz hərəkətini guya briqadanın çağırışa gec gəlməsi ilə əlaqələndirməyə çalışdığını deyib:

"Çağırış üçün şəhərciyin 2 saylı binasından 103 xidmətinə zəng edən şəxsə dispetçer tərəfindən hazırda tibb briqadasının həmin ünvana bitişik 1 saylı binada çağırışda olduğu və bir neçə dəqiqə ərzində yeni çağırış ünvanına gələcəkləri bildirilib. Buna baxmayaraq, heç bir ciddi səbəb olmadan özündən çıxan gənc təkrar dispetçerə zəng edərək tibb işçilərini nalayiq ifadələrlə təhqir edib. Ardınca isə bizim önümüzü kəsərək təhqir və hədələrini davam etdirərək, şəxsən mənə fiziki güc tətbiq edib”.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma başlanılıb.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar