Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı dəhşətli avtobus qəzası ilə bağlı YENİ XƏBƏR - 2 NƏFƏR TUTULDU

Tarix: 28-04-2019 14:48     Baxış: 3215 A- / A+
Bakıdakı dəhşətli avtobus qəzası ilə bağlı YENİ XƏBƏR - 2 NƏFƏR TUTULDU

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dünən Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Manevr.az xəbər verir ki, paytaxtın Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, aprelin 27-də Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü Rauf Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü Hüseyn Məmmədovun idarə etdiyi “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 29 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin R.Dadaşov və H.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, eləcə də R.Dadaşovun yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində R.Dadaşov və H.Məmmədov aprelin 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindiriliblər.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunmuş, onlardan 22-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digərlərinin isə müalicələri davam etdirilir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar