Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ekspertdən 17 yaşlı Yasinlə bağlı maraqlı təklif

Tarix: 20-04-2019 10:01     Baxış: 3243 A- / A+
Ekspertdən 17 yaşlı Yasinlə bağlı maraqlı təklif

17 yaşlı Yasin Türkiyənin Sabançı Universitetini ona görə seçib ki, bu Universitet onu təhsilhaqqından tam azad edib. Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə 1-ci pillədə qərarlaşan ABŞ-ın Massaçusets Texniki Universitetində (MİT) oxumasına dəstək olaq.
Manevr.az xəbər verir ki, bu sözlərlə iqtisadçı ekspert Qubad İbadoğlu 17 yaşlı azərbaycanlı Yasin Quliyevin uğuru və onun seçdiyi təhsil ocağı ilə bağlı danışarkən deyib.

Q.İbadoğlu bildirib ki, Yasin Quliyevin seçdiyi universitet də yüksək səviyyəli təhsil ocağıdır, lakin belə istedadlı gənc dünyanın ən nüfuzlu universiteti hesab edilən MİT-də oxumalıdır:

“17 yaşlı azərbaycanlı Yasin Quliyevin uğuru yalnız onun, ailəsinin və oxuduğu məktəbin deyil, həmçinin Azərbaycanın uğurudur. Yasin ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin Sabançı Universitetini ona görə seçib ki, bu Universitet onu təhsilhaqqı ödəməkdən tam azad edib. Bununla yanaşı, Yasin ABŞ-ın Massaçusets Boston, İllinoys, Şimali Florida Universitetlərindən də qəbul alıb. Göründüyün kimi onlar arasında dünyaca məşhur Massaçusets Texniki Universiteti də (MİT) var, lakin həmin Universitet onu təhsilhaqqının 82 faizindən azad edib. Çox istərdim ki, Azərbaycanın talantlı gənci Yasin Quliyev ABŞ-da MİT-də təhsil alsın. Odur ki, buradan Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə 1-ci pillədə qərarlaşan MİT-də təhsil almasına dəstək olaq”.

Q.İbadoğlu bildirib ki, bu cür istedadlı gənclərin təshilinə edilən töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir:

“Mən də öz tərəfimdən ABŞ-da Yasinin qarşılayıb, yerləşdirilməsini öhdəmə götürürəm. Mətbuatdan da xahişim odur ki, bu təşəbbüsün ictiamiləşməsinə dəstək versinlər.

Yeri gəlmişkən onu da qeyd edim ki, Yasin Quliyevi şəxsən tanımıram, əgər o vaxtında xaricdə təhsil şirkətinə deyil, mənə müraciət etsə idi, onun ABŞ Universitetlərindən tam təqaüd qazanması üçün yardımımı əsirgəməzdim”.kult.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar