Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 15 yaşlı qız oğurlandı – Zorla maşına mindirib apardılar

Tarix: 17-04-2019 13:06     Baxış: 3170 A- / A+
Azərbaycanda 15 yaşlı qız oğurlandı – Zorla maşına mindirib apardılar


2017-ci ilin noyabr ayında Ağcabədi rayonunun Minəxorlu kəndində 15 yaşlı qızı qaçıran qrupun üzvü, həmin hadisədə sürücü kimi iştirak edən 1991-ci il təvəllüdlü Həsənov Rahib Nüdrət oğlu Ali Məhkəməyə müraciət edib.

Manevr.az məlumatına görə dostunun həmin kənddə yaşayan 15 yaşlı Leylanın qaçırılması planına qoşulan Rahib Həsənov birinci instansiya məhkəməsinin onun barəsində verdiyi 5 il həbs cəzasından narazı qalaraq Apelyasiya Məhkəməsinə üz tutub. Apelyasiya Məhkəməsi iddianı təmin etmədiyi üçün o, Ali Məhkəməyə müraciət edib və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məlumata görə, R.Həsənov Cinayət Məcəlləsinin 144.3-cü, adam oğurluğu – yəni yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi maddəsi ilə məhkum edilib. Həmin hadisənin əsas iştirakçısı və planlayan M.Qəhrəmanov isə 10 il müddətinə həbs edilib.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Qəhrəmanov Müqəddəs Aydın oğlu həmkəndliləri Həsənov Təhmasib Savalan oğlu və Həsənov Rahib Nüdrət oğlu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2002-ci ilin oktyabrında anadan olan Məmmədova Leylanı evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib, əvvəlcədən öz aralarında vəzifə bölgüsü aparıblar. Onlar 23 noyabr 2017-ci il tarixdə saat 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən – yetkinlik yaşına çatmayan Leylaya yaxınlaşaraq qollarından tutub zorla Rahib Həsənovun idarə etdiyi "VAZ-21063" markalı 35-BC-670 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparıblar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar