Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş TV əməkdaşı vətəndaşları bu dəfə başqa adla aldadır

Tarix: 11-04-2019 21:32     Baxış: 3202 A- / A+
Keçmiş TV əməkdaşı vətəndaşları bu dəfə başqa adla aldadır

“Azərbaycan Media Qrup” təşkilatının rəhbəri, jurnalist Vüqar Ağayev vətəndaşlara özünü “Çexiya səfirliyinin diplomatı” kimi təqdim edib.

Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Paytaxt polisi bir neçə nəfərin şikayəti əsasında V.Ağayevi axtarır. Zərərçəkənlərin şikayət ərizələrinə görə, jurnalist özünü Çexiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı kimi təqdim edib və müəyyən məbləğ qarşılığında onları işlə təmin edəcəyinə söz verib.

Onun sözünə aldananlar V.Ağayevin göstərdiyi bank hesabına pul köçürüb. V.Ağayev onları əmin edib ki, hesaba köçürülən vəsaitləri birbaşa olaraq işə düzəldən şəxs nağdlaşdırır, o isə sadəcə vasitəçidir.

Qeyd edək ki, ötən il də V.Ağayevin dələduzluq əməlləri barədə mətbuatda yazılar dərc edilmişdi. Bildirilirdi ki, o, “Space” telekanalında vacib bir şəxs olduğunu bildirərək, gənc xanımları “mavi ekranın ulduzlarına” çevirməyə söz verib. Onun 6-7 ay ərzində 500-dən çox adamı aldatdığı deyilirdi.

V.Ağayevin əvvəllər “ARB” telekanalında layihə gerçəkləşdirdiyi də bəlli olub.

ARB-dən oxu.az-a verilən məlumata görə, V.Ağayev çoxdandır ki, telekanalda işləmir, onun hazırda harada olduğunu heç kim bilmir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, onlarda V.Ağayevi cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər dəlil var. Ancaq o hələlik azadlıqdadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar