Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandakı bu tapıntıların 370 milyon yaşı var - Alim

Tarix: 07-04-2019 12:40     Baxış: 4206 A- / A+
Azərbaycandakı bu tapıntıların 370 milyon yaşı var - Alim

Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb.
Manevr.az bildirir ki, bunu Azərtac-a açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. Onun sözlərinə görə, Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib. Bu canlılar devon dövründə - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövrdə mövcud olan okeanda yaşayıblar. T.Heybətov əlavə edib ki, geoloji araşdırmalar zamanı məlum olub ki, ərazilərimizin böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşib.

Devon dövründə braxiopodların (çiyinayaqlılar) inkişafı geniş vüsət alıb. Bundan əlavə, həmin dövrdə qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nə¬həng xərçəngəbənzərlər və balıqların bütün sinifləri də geniş yayılıb. Sonradan suda-quruda yaşayanlar meydana gəlib. Bundan başqa, geoloji araşdırmalar təsdiq edir ki, bu ərazilərdə nəhəng balinalar da mövcud olub. Bu gün geoloji qazıntılar zamanı aşkar olunan nəhəng su canlılarının qalıqları Təbiət Tarixi Muzeyində qorunub saxlanılır.

Muzeyin eksponatları arasında nəhəng dişli quşlar da var. Muzeyin direktoru qeyd edib ki, bu canlının qalıqları Arpaçay ətrafında tapılıb. Bioloji xüsusiyyətinə görə, dişli quşun okean canlıları ilə qidalandığı ehtimal olunur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar