Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polis faciəli şəkildə öldü

Tarix: 01-04-2019 09:20     Baxış: 4262 A- / A+
Azərbaycanda polis faciəli şəkildə öldü


Yardımlı rayonunda polis zabiti xidməti ərazisində xidmətdə olarkən, bədbəxt hadisə nətincəsində dünyasını dəyişib.

Manevr.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun ən ucqar dağ kəndlərindən biri olan Osnəkəran kəndində baş verib.

Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 1988-ci il təvəllüdlü Şahin Nəsirov 10 AP 928 dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı avtomobil ilə xidməti ərazisində qəzaya uğrayıb. Onun idarə etdiyi xidməti avtomobil idarəetməni itirərək dərəyə yuvarlanıb.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Manevr.az

Azərbaycanda polis faciəli şəkildə öldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar